Kim Çen In da siqareti atdı

20.05.2016 - 15:24

kim-cen33 yaşlı Şimali Koreya lideri Kim Çen In siqaret çəkməyi tərgidib.

Avropa.info xəbər verir ki, bu barədə Cənubi Koreya KİV-i məlumat yayıb. Güclü tütün istifadəçisi kimi tanınan Kim Çen In bir çox fotolarda əlində siqaret görünürdü. Ehtimal olunur ki, o, çəkməyi mart ayında ataraq, milli antitütün kampaniyasına dəstək olub.

Cənubi Koreya mətbuatının məlumatına görə, Şimali Koreya ballistik raket buraxandan bəri ictimaiyyət arasında siqaretlə görünməyib.

Ümumdünya Səhiyyə təşkilatının statistikasına görə, KXDR-in kişi əhalisinin yarıdan çoxu siqaret çəkir. Ölkədə tütünlə mübarizə kampaniyası çərçivəsində vətəndaşlara nikotin saqqızları və həblər paylamaq planlaşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=64670

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728