Qazaxıstanda inqilab? paytaxtda ümumilli aksiya, Nazarbayev xalqı hədələdi

21.05.2016 - 00:48

rrMayın 21-də Qazaxıstan qarışa bilər. Musavat.com Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bir neçə gündür, paytaxt Almatıda hökmət təhlükəsizlik tədbirlərini daha da ciddiləşdirib, ümummilli aksiyanın təyin edildiyi Respublika meydanın ətrafına polis qüvvələri yeridib.
Sayt yazır ki, aksiyaya bir gün qalmış zahirən hər şey sakit görünür, amma hökumət aksiyanın qarşısını almaq üçün bütün mümkün tədbirləri görür. Əvvəlcədən mitinqin qanunsuz olduğu elan edilib, qanunu pozanlara qarşı sərt tədbirlər görüləcəyi bildirilib. Hökumət aksiyanın qarşısını almaq üçün hətta mobil rabitədə mesaj xidmətinə bir neçə saatlıq da olsa əngəlləyib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bir neçə gün əvvəl xalqa müraciətində adını çəkmədiyi dairələrə mesaj göndərərək Qazaxıstanda “Ukrayna ssenarisi”nin təkrarlanmasına yönəlmiş cəhdlərin qarşısının ən sərt şəkildə alınacağını söyləyib. “Qazaxlar Ukrayna hadisələrini istəmir. Mən bunu bilirəm, qoy hamı eşitsin. Əgər kim onu bura gətirmək istəsə, ən sərt tədbirlər görəcəyik. Sonra deməyin ki, mən xəbərdarlıq etmədim” deyə, Nazarbayev nazirlər qarşısında çıxışında bildirib.
Bəs, Qazaxıstanda vəziyyəti gərginləşməsinə səbəb nədir? Xalqı meydanlara çıxmağa vadar edən səbəb “Torpaq Məcəlləsi”ndə torpaq sahələrinin 25 il müddətinə xarici vətəndaşlara icarəyə verilməsini nəzərdə tutan düzəlişlərlə bağlıdır. Mayın əvvəlində qəbul olunmuş düzəlişdən sonra gözlənilmədən bir sıra iri şəhərlərdə-Aktau, Aktobe, Semeye, Janozene və Kızılorda da etiraz aksiyaları başlayıb. Əhali narahatdır ki, bu düzəlişlər onları torpaqlarından məhrum edəcək və torpaqlara xarici sahibkarlar yiyələnəcək. Bu etiraz aksiyaları Nazarbayevi ciddi narahat edib və xalqı sakitləşdirmək üçün hətta iqtisadiyyat nazirinin müavini işdən çıxarıb və iyulun 1-dən qüvvəyə minəcək düzəlişlərə veto qoyub.
Rəsmi Almatı dərhal hərəkətə keçməklə yanaşı, ölkədəki hadisələrdə Qərb dairələrinin izini axtarmağa başlayıb. Maraqlıdır ki, bu günə təyin edilən aksiyanın təşkilatşıları gizli saxlanılır. Əsas təbliğat sosial şəbəkələr üzərindən aparılır.
Qeyd edək ki, Nazarbayevin Rusiya ilə olduğu kimi, Qərblə də sıx təmasları var. Amma son aylar onun hakimiyyətdən gedəcəyi ilə bağlı da xəbərlər intensivləşib. Özünə varis axtaran Nazarbayev ilk addım kimi qızını baş nazirin müavini təyin edib. Amma çoxları bu planın baş tutacağını real hesab etmir. Nazarbayev hakimiyyəti məhz bu səbəbdən ölkədə başlaya biləcək yeni Maydan hərəkatından ciddi narahat olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=64716

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728