İraqın baş naziri hərbi əməliyyatların başlandığını elan edib

23.05.2016 - 11:33

haiderİraqın baş naziri Haider əl-Abadi Falluja-nın özünü İslam Dövləti adlandıran qruplaşmadan geri alınması üçün hərbi əməliyyatların başlandığını elan edib.

“Falluja-nın azad edilməsi üçün sıfır saat gəlib çatdı. Böyük qələbə anı artıq yaxınlaşır”, deyərək əlavə edib ki, İD-nin “qaçmaqdan başqa seçimi yoxdur”.

İraq hərbçiləri yerli sakinlərə artıq şəhəri tərk etmək barədə xəbərdarlıq verib.

Falluja, 2014-cü ildə İD qruplaşmasının nəzarətinə keçən ilk şəhərdir və İraqın bu ölkədə qalan iki dayaqlarından biridir.

İraq hərbçiləri dövlət televiziyasından deyib ki, qaça bilməyən insanlar evlərinin üzərində ağ bayraq qaldırmalıdırlar.

Bağdadın kürdyönlü xəbər saytı olan Shafaq məlumat yayıb ki, bazar günü 20 minə yaxın polis qoşunları məlum hücumu həyata keçirmək üçün Falluja ətrafına gəlib.

BBC-nin Orta Şərq müxbiri, Jim Muir deyib ki, 60 mindən 90 minə qədər dinc sakin Falluja şəhərində qalıb. Onların əksəriyyəti İD döyüşçülərinin ailə üzvləridir.

ABŞ-ın İraqda olan sabiq səfirinin proqnozuna görə Falluja əməliyyatı bir qədər zaman alacaq.

“Düşünürəm ki, Haider al-Abadi bir neçə Amerikalı müşavirlərdən məsləhət alıb və burda tələsməli bir şey yoxdur”, Christopher Hill BBC Radio 5 live-a deyib.

“Ona görə də onlar çox düşünülmüş, çox ehtiyatlıdır və hesab edirəm ki, nikbinlik üçün bəzi əsas var ki, son nəticədə bu uğurlu olacaq.”

Ötən ay BMT və Human Rights Watch təşkilatı xəbərdarlıq edib ki, hələ də Falluja şəhərində olan dinc sakinlər aclıq təhlükəsi altındadırlar.

Bəzi insanlar yaşamaq üçün ot yeyir, Human Rights Watch təşkilatı deyib.

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=64791

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728