Azərbaycanlı kişi rusları şoka saldı

23.05.2016 - 12:41

dfSankt-Peterburqda azərbaycanlı kişi hərəkəti ilə hər kəsə dərs verib. Kalinskiy rayonunda ana qəddar hərəkət edib. O, 6 yaşlı oğlunu qapı arxasında saxlayıb və evə buraxmayıb. Bunu görən azərbaycanlı qonşu uşağı öz evinə gətirib və bu barədə polisə xəbər verib.

Svetlanovski prospektində yaşayan azərbaycanlı 17-ci polis bölməsinə zəng vuraraq eyni binadan olan qonşusunun övladını atdığını, özünün isə onu evinə gətirdiyini deyib. “Mən uşağı ona görə evimə gətirməmişəm ki, bu mənim üçün xoşdur. Sadəcə onu anası Qalina evə buraxmır. Mənim də balacaya yazığım gəlir”, – deyə azərbaycanlı bildirib.

Bu məlumatdan dərhal sonra polislər azərbaycanlı kişinin evinə gəliblər. Dima adlı balaca oğlanı görən polislər təcili yardım həkimlərinə müraciət ediblər. Çünki uşağın bütün bədənində heyvan dişlərinin izi olub.

Dima bədənindəki izlərin onların evlərində yaşayan itin diş izi olduğunu deyib. Polislər uşağın anası iə danışmaq istəsələr də qapının bağlı olduğunu görüblər.

Həmyerlimiz Qalina adlı qadının evindən daim qeyri-adi səslər gəldiyini, antisanitar vəziyyətin hökm sürdüyünü deyib.

Bənzər hadisə aprel ayında da olmuşdu. 2016-cı ilin aprelində Sankt-Peterburqun Karpinskiy küçəsində yaşayan bir anaya qarşı cəza tədbiq ediblər. Buna səbəb isə onun 6 yaşlı oğlunu boks məşqlərinə tək buraxması olub. Eksertlərin fikrincə, 6 yaşlı uşaq balaca olduğu üçün onu heç yerə yalnız buraxmaq olmaz. (anspress)

Short URL: http://www.cumhuriyyet.net/?p=64807

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728