Türkiyədə növbəti anti-İŞİD əməliyyatı – AZƏRBAYCANLILAR HƏBS OLUNDU

23.05.2016 - 17:57

hebsTürkiyədə İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxslər saxlanılıb və çox sayda silah-sursat ələ keçirilib.

ANS PRESS-in məlumatına görə, anti-terror əməliyyatları ölkənin Qaziantep şəhərində keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə yerləşən evlərə baxış keçiriblər. Baxış zamanı oradan müxtəlif növ partlayıcı maddələr, “Kalaşnikov” silahı, kustar üsullarla hazırlanan tüfənglər, mərmilər və bomba hazırlamaq üçün lazım olan ləvazimatlar ələ keçirilib.

Həmçinin əməliyyatlar zamanı bomba hazırlamağı öyrətmək üçün nəzərdə tutulan videolar müəyyən edilib. Qrup Türkiyədə böyük terror hadisələri törətməyi planlaşdırıb.

Polis həmçinin sərhəddən Suriyaya keçməyə hazırlaşan 10 nəfəri həbs edib. Onlardan 9 nəfəri xarici ölkə vətəndaşıdır. Həbs olunanlar arasında Azərbaycan vətəndaşları da var. Həmçinin İran, Tacikistan və Qırğızıstan vətəndaşları da Suriyaya keçməyə hazırlaşarkən saxlanılıb.

Aprelin 1-də isə Türkiyədə terror törətmək istəyən 5 İŞİD terrorçusu müəyyən edilmişdi. Onlardan biri Azərbaycan əsilli olsa da Rusiya vətəndaşı olub. İsa Tupolovun hələ də Suriyanın Rai şəhərində olduğu deyilirdi.

Həmin vaxt onların Türkiyə ilə yanaşı Azərbaycanda da terror aktları törətməyi planlaşdırdığı barədə məlumat yayılmışdı. Amma məlumat öz təsdiqini tapmadı.

Short URL: http://www.cumhuriyyet.net/?p=64859

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930