Jirinovski: “Polşa bizə hədiyyə verilib”

25.05.2016 - 13:15

jirinovskiPolşa Rusiyaya nifrət edir, çünki Rusiya heç vaxt Polşanı fəth etməyib.

Axar.az Regnum-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Birinci Kanalda çıxış edib.

Onun sözlərinə görə, Polşa ilə Rusiya arasında əlaqə 25 il əvvəl itirilib:

“İndi onlar bizdən az asılıdırlar. NATO Rusiyaya qarşı aksiyalar hazırlayır. Bu işdə onların əlində Ukrayna və Polşa var. Polşa həmişə rus ordusuna nifrət edib. Ancaq Rusiya heç vaxt Polşanı işğal etməyib. Biz Napoleonu darmadağın etdikdən sonra Polşa bizə hədiyyə kimi verildi. Bu, I Aleksandrın səhvi idi – cənubdakı torpaqları işğal etmək lazım idi”.

Onun sözlərinə görə, Prussiya, Avstriya, Fransa, Britaniya da Polşanı istəyirdi:

“Onlar Rusiya və Almaniyanın birliyindən qorxurdular. İndi Ukraynanı süni olaraq anti-Rusiya ölkəsi edirlər. Bunun üçün ölkəyə heykəllər gətirirlər”.

Xatırladaq ki, bu gün Ukraynada kommunizmin qalıqlarının məhv edilməsi siyasəti yürüdülür. Bu siyasətə uyğun olaraq yerli hakimiyyət SSRİ dövründən qalan yerlərin, küçələrin adlarını dəyişir, abidələri dağıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=65077

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728