Nazirin mühafizəçiləri həbs edildi – ERMƏNİSTANDA
Ermənistanın nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın mühafizəçilərinin iştirak etdiyi davada həyati təhlükə yaradan xəsarət alanlar olub.
News.am xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, A.Petrosyanın xəsarətlərinə dair ekspertizanın nəticələrinə görə, onun yaraları ağır, həyati təhlükə yaradan yaralar kimi qiymətləndirilib.
Dava iştirakçısının 6 üzvündən 4-nə qarşı (A.Karaxanyan, S.Vardanyan, V.Sarkisyan və A.Şmoyan) Ermənistan CM 112 maddəsinin 2 hissəsinin 6 bəndi üzrə ittiham irəli sürülüb. Onlar həbs ediliblər. Mayın 21-də V.Mkrtıçyan saxlanılıb.
Bir nəfərin də saxlanmasına dair icazə var.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, mayın 16-da Nəqliyyat və Rabitə Nazirliyi binasının həyətində beş nəfər qəddarcasına döyülüb, onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
KİV-in məlumatına görə, ittiham edilənlərdən ikisi Qaqik Beqlaryanın mühafizəçisidir.(oxu.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=65089