Ruslar İŞİD-ə qoşulmaq üçün hansı ölkədən keçir?

25.05.2016 - 14:17
tankRusiyadan terror təşkilatlarına qoşulan vətəndaşların sayı açıqlanıb. ANS PRESS-in məlumatına görə, 3 min nəfər Rusiya vətəndaşı xaricdə terrorçuluq fəaliyyəti ilə məşğul olur.

Bu barədə məlumatı Rusiyanın Terrorçuluğa Qarşı Milli Komitəsinin rəhbərinin birinci müavini Yevgeni İlyin verib. O deyib ki, vətəndaşlar əsasən Azərbaycan, Belarus, Ukrayna, Türkiyə və Misirdən keçməklə terror qruplaşmalarına qoşulurlar.
Vətəndaşların qeyri-qanuni silahlı birləşmələrə qoşulmalarının əsas səbəbi kimi onların təhsil ala bilməmələri və maliyyə çətinlikləri göstərilir.
Onlar ölkədən təhsil almaq, istirahət etmək və ya biznes qurmaq bəhanəsi ilə çıxırlar. Lakin daha sonra Suriya və İraq ərazisində fəaliyyət göstərən terror təşkilatının tərkibində döyüşürlər.
Suriyaya nəzarət edən silahlı qruplar
Terror təşkilatlarına Rusiyanın xüsusilə Şimali Qafqaz regionundan qoşulurlar.
Ötən ilin sentyabrında Daxili İşlər naziri Vladimir Kolokoltsev İŞİD terror qruplaşmasının tərkibində 1800-dən çox Rusiya vətəndaşının vuruşduğunu demişdi.  Həmin terrorçular Rusiyanın dəstəklədiyi  Suriya prezidenti Bəşər Əsədə qarşı mübarizə aparırlar.
Rusiya prezidenti Vladimir Putin açıqlamalarında bəyan edib ki, Suriyada döyüşən terrorçuların ölkələrinə qayıtması gələcəkdə böyük problemlərə səbəb ola bilər. Buna görə də Rusiya ötən il sentyabrın 30-da Suriyada İŞİD və digər silahlı birləşmələrə qarşı mübarizəyə başladı. Əməliyyatlar nəticəsində Suriyanın bəzi əraziləri İŞİD terror təşkilatından azad edildi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=65093

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930