Türkiyə Rusiyaya kompensasiya ödədi
Kerç boğazında inşa edilən körpünün dirəyini aşıran Türkiyənin “Lirə” gəmisinin sahibi “Turkuaz Dənizçilik” şirkəti Rusiyaya kompensasiya ödəyib.
Axar.az xəbər verir ki, artıq körpünün dirəyi bərpa olunub. Lakin kompensasiyanın miqdarı açıqlanmayıb.
Xatırladaq ki, hadisə bu ilin 20 martında baş verib. Nəticədə gəmi saxlanılaraq Taqanroq limanına aparılıb, sonradan buraxılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=65112