İlham Əliyev Ramzan Kadırova tapança göndərdi

25.05.2016 - 16:20

kadirovAzərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mayın 24-də Qroznıda Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşdə ona hansı hədiyyəni verdiyi məlum olub. Hədiyyənin nədən ibarət olduğunu bu gün Ramzan Kadırov özü İntagram-da açıqlayıb.

“Mənim Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüm oldu. O, mənə Azərbaycan prezidenti İlham Əliyevin adından üzərinə adım həkk olunmuş “Zəfər” tapançasını təqdim etdi. Mən hədiyyəni “Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərə görə” almışam”-Kadırov yazıb.

Çeçenistan rəhbəri bildirib ki, Azərbaycan nümayəndə heyəti ilə danışıqlarda əsas diqqət ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlib. Xatırladaq ki, Ramiz Mehdiyevin başçılıq etdiyi heyət təhükəsizlik məsələləri üzrə Çeçenistanda keçirilən beynəlxalq toplantıda iştirak edib.

“Zəfər” tapançalarını Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “İqlim” istehsalat birliyi Türkiyə şirkəti ilə birgə istehsal edir. Bu tapançaların sandığı 15 patron tutur.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=65118

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930