Savçenko Rusiya hərbçiləri ilə dəyişdirilib

25.05.2016 - 17:51

savcenkoUkraynalı pilot, Ali Radanın deputatı Nadejda Savçenkonun içində olduğu prezident təyyarəsi Rusiyanın Rostov şəhərindən havaya qalxaraq Kiyevə yola düşüb.

Bu barədə UNN agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb. Rostovda N. Savçenkonu Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko və Ali Radanın sədr müavini İrina Geraşşenko qarşılayıblar.

Prezident Pyotr Poroşenkonun isə Kiyev hava limanında N. Savçenkonu qarşılayacağı xəbər verilir.

P. Poroşenko tərəfindən bu gün əfv edilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov da gün ərzində Rusiya tərəfinə təhvil veriləcək. Artıq Rusiya hökuməti onları təhvil alıb, ölkəyə gətirmək üçün Kiyevə xüsusi təyyarə göndərib.

Short URL: http://www.cumhuriyyet.net/?p=65144

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728