Ruslar terrorçulara qoşulmaq üçün Azərbaycandan keçir

26.05.2016 - 11:17

isisÜç minə yaxın rusiyalı beynəlxalq terrorçu qruplaşmaların tərkibinə qatılmaq üçün xaricə gedib. ANS PRESS-in məlumatına görə, bunu Rusiya Federasiyasının Milli Antiterror komitəsinin rəhbəri Yevqeni İlin deyib.

Onun sözlərinə görə, onların əksəriyyəti Şimali Qafqazdan olanlardır. 30 yaş civarında olan bu gənclər əsasən maddi problemi, təhsil səviyyəsi aşağı olanlardır.

Komitə rəhbəri deyir ki, gənclər terrorçu qruplaşmaların olduğu ərazilərə bir neçə marşrutdan istifadə etməklə gedirlər, xüsusilə Türkiyə və Misirdən. Rusiyadan bu ölkələrə isə adətən Azərbaycan, Belarus, Ukraynadan keçirlər.

Terrorizmlə mübarizə barədə konfransda çıxış edən İlin bir neçə gün öncə Krasnodarda terror törətməyə hazırlaşan 7 nəfərin saxlandığını da deyib. Saxlanılanlar Mərkəzi Asiya ölkələrindən olanlardır.

Bir müddət öncə Rusiya Daxili İşlər Nazirliyi daha öncə ekstremist cinayətlərə görə məhkum edilən şəxslərin ölkəyə girişinə qadağa qoyulması barədə təşəbbüs irəli sürmüşdü.

İŞİD terrorçusu

Short URL: http://www.cumhuriyyet.net/?p=65184

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728