Prezidentin 43 milyonluq mənzili – Fotolar

26.05.2016 - 13:44

evABŞ prezidenti Barak Obama vəzifəsini başa vurduqdan sonra yaşamaq üçün Vaşinqtonda ev tapıb.

ANS-in məlumatına görə, prezident 43 milyon dollarlıq bir villanı kirayəyə götürüb. Bu villanın 9 yataq otağı və 8 vanna otağının olduğu deyilir.

Bu ilin noyabr ayında ABŞ-da keçiriləcək seçkilərdən sonra Barak Obama prezidentlik postunu tərk edəcək. Obamanın yaşayacağı yeni mənzili Bil Klintonun mətbuat katibi Coi Lokartdan aldığı bildirilir. 1928-ci ildə inşa edilən villanın ən üst mərtəbəsində Obamının iş otağı yerləşəcək.

Daha əvvəl Barak Obama öz bəyanatında bildirib ki, hakimiyyətini başa vurduqdan sonra bir neçə il Vaşinqtonda yaşayacaq.

“Biz Saşa (prezidentin kiçik qızı – red.) məktəbi bitirənədək hələ bir neçə il paytaxtda yaşamağı fikirləşirik. Təhsil ilinin ortasında köçmək – dərslərdə çətinlik yarada bilər”, – deyə Obama bildirib.

Artıq ikinci müddətdir ki, ABŞ prezidenti olan Barak Obama 2 qız atasıdır. 1992-ci ildə Mişel Obama ilə ailə həyatı quran siyasətçi Maliya Obama (1998) və Saşa Obama (2001) adlı iki qız övladı var. Hər iki prezident qızı Vaşinqtondakı “Sidwell Friends School” məktəbində oxuyurlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=65219

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031