Putin: “Atlantikdən Sakit okeana qədər…”
Atlantik okeandan Sakit okeana qədər iqtisadi və humanitar əməkdaşlığı əks etdirən vahid zona qurmalıyıq.
Axar.az xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin Yunanıstanın “Katimerini” qəzetində yayımlanan məqaləsində yer alıb.
O, vahid zonanın yaradılması üçün Qərbə çağırış edib:
“Avropa ilə Avrasiya arasında inteqrasiya prosesini gücləndirməliyik. Ukraynada baş verən hadisələrdən düzgün nəticə çıxararaq, Atlantik okeandan Sakit okeana qədər iqtisadi və humanitar əməkdaşlığı əks etdirən vahid zona yaratmalıyıq. Bu proses bərabər və bölünməz təhlükəsizlik arxitekturası əsasında olmalıdır”.
Qeyd edək ki, Putin mayın 27-28-də Yunanıstana rəsmi səfər edəcək. O, səfəri çərçivəsində Yunanıstan prezidenti və baş naziri ilə görüşəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=65221