Saakaşvili Ukrayna xüsusi təyinatlılarını söydü – VİDEO

27.05.2016 - 12:03
saakasvili3Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin qalmaqallı videosu yayılıb.
BAKU.WS-in məlumatına görə, Saakaşvili Ukraynanın Təhlükəsizlik xidmətinin və Ukraynanın Baş prokurorluğunun əməkdaşlarını yaramaz adlandırıb. Bu barədə jurnalist Roman Boçkal Facebook-da video yerləşdirib.
Saakaşvili Gürcüstanın Ukraynadakı keçmiş baş konsulu Teymuraz Nişnianidzenin kabinetinə girməyə çalışarkən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə yaşayıb.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Odessa vilayəti dövlət administrasiyasının binasında axtarışa başlayıb. Binada axtarışlar Nişnianidzenin fəaliyyətiylə əlaqədar “ƏDV-in qanunsuz kompensasiyası fakt üzrə cinayət işi”nin araşdırılması çərçivəsində həyata keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=65320

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728