Aristotelin qəbri tapıldı – SENSASİYA

27.05.2016 - 12:42

qebirYunanıstanın Xalkidika yarımadasının Staqir şəhərində (Solonikidən 40 kilomtr aralıda) qədim yunan filosofu və mütəfəkkiri Aristotelin qəbiri tapılıb.

Publika.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu haqda yunan arxeoloqu Konstantinos Sismanidis Solonikdə keçirilən konfransda bildirib.

Qədim Makedoniyanın bu yaşayış məntəqəsinin əsası bizim eradan əvvəl VI əsrin ortalarında qoyulub.

Məqbərə mərmər günbəzşəkilli binadan ibarətdir. Məqbərəyə aparan yol şəhərin bazar meydanına gedən yolun bilavasitə yaxınlığında yerləşir. Bundan əlavə, məqbərədən kənarda səcdəgah yerləşir. Məzar qədim mətnlərdəki təsviri təsdiq edir. Arxeoloqlar həmçinin Makedoniyalı Aleksandrın dövründə kəsilmiş 50 sikkə və keramikalar aşkar ediblər.

Aristotel bizim eradan əvvəl 384-cü ildə Staqirdə doğulub və eradan əvvəl 323-cü ildə ölüb. Çar II Filipp onu Makedoniyalı Aleksandrın müəllimi təyin edib. Qədim filosof Plutonun tələbəsi olan Aristotelin fikirləri orta əsr Avropa elminə və fəlsəfəsinə həlledici təsir göstərib.

Short URL: http://www.cumhuriyyet.net/?p=65331

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728