Rusiya da Gürcüstanda hərbi manevrlərə başladı

27.05.2016 - 14:53

tankRusiya Abxaziyada döyüş atışları həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. Hərbi təlimdə 500 hərbçi iştirak edib. Hərbçilər T-90A tankından, BTR-82A zirehli transportyorundan, D-30 haubitsasından, 120 mm minaatanlarından atışlar həyata keçiriblər.

Qeyd edək ki, Abxaziya Gürcüstanın tərkib hissəsidir. Moskva 2008-ci il savaşından sonra buranın müstəqilliyini tanıyıb. Bundan öncə ABŞ hərbçiləri Gürcüstanda hərbi təlim keçiriblər. Təlim Moskva tərəfindən qətiyyətlə pislənilib.

Gürcüstanın digər bir tərkib hissəsi olan Cənubi Osetiya isə dünən Rusiyanın tərkibinə girməklə bağlı 2017-ci ildə referendum keçirəcəyini bəyan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=65355

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728