Türkiyənin 20 hərbçisi həlak oldu, 15-i yaralandı – İDDİA

27.05.2016 - 18:02

GÜMÜŞHANE’DE TERÖRE LANET, ŞEHİTLERE SAYGI YÜRÜYÜŞÜPKK-nın hücumu nəticəsində 20 türk əsgəri həlak olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda PKK-nın hərbi qanadı HPG-nin qərargahına istinadən ANF kürd agentliyi bildirib.

Məlumata görə, terrorçular partlayıcı maddələrlə yüklü avtomobili Mardin vilayətinin Dargeçit şəhərində yerləşən bazada partladıblar. Hücum mayın 25-i axşam olub. Ancaq hücum barədə indiyə kimi rəsmi məlumat verilməyib.

“Biz partlayıcı maddələrlə dolu avtomobili hərbi bazaya yönəltdik. Partlayış nəticəsində bazanın çox hissəsi dağıdılıb”, – xəbərdə deyilir.

Məlumata görə, PKK döyüşçüləri terror aktından sonra bazanı atəşə tutublar. Hücum nəticəsində 15 hərbçinin yaralandığı bildirilir.

“Bu 1990-cı illərdə bizim partizanlarımıza qarşı Türkiyənin hərəkətlərinə görə cavabdır”, – HPG-ın qərargahından bildirilib.

HPG-ın məlumatına görə, döyüş rayonuna yaralıların təxliyyəsi üçün xeyli sayda zirehli maşın gəlib.

Short URL: http://www.cumhuriyyet.net/?p=65413

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728