ABŞ-ın yeni super silahı – VİDEO

30.05.2016 - 09:44

silahSilahın işləməsi üçün barıt və ya digər partlayıcı maddə tələb olunmur.

ABŞ Hərbi Dəniz Qüvvələri bu yay hərbi gəmilərdə super silah sayılan relsotronu quraşdırmaq və real şəraitdə sınaqdan çıxarmaq niyyətindədir.

Cümhuriyyət.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün “Fox News” telekanalına müsahibəsində müdafiə məsələləri üzrə mütəxəssis Allison Berri bildirib.

A. Beri deyib ki, bu, yeni nəsil silahdır. Dünən isə “Wall Street Journal” nəşri ABŞ Hərbi Dəniz Qüvvələrinin relsotronla bağlı təcrübi sınaqlarına dair ilk kadrı yayıb. Bu silahın əsasını relsdə hərəkət edən elektromaqnit qülləsi təşkil edir.

Məlumat verilir ki, silahın işləməsi üçün barıt və ya digər partlayıcı maddə tələb olunmur.

Bu yeni silah ABŞ-a gələcəkdə Rusiya və Çini hərbi texnologiya sahəsində qabaqlamağa imkan verəcək. Relsotron Hərbi Dəniz Qüvvələrini limitsiz mərmi ilə təchiz edəcək, partlayış təhlükəsi olan mərmlərdən istifadəni aradan qaldıracaq.

ABŞ hərbi mühəndisləri hesab edirlər ki, silah Baltikyanı ölkələri Rusiyadan və Cənub-Çin dənizində ABŞ-ın müttəfiqlərinin Çindən müdafiə etməsində faydalı olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=65458

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728