Türkiyə qırıcıları PKK-nın bazalarını vurdu
Türk ordusunun Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda keçirdiyi hava zərbələrinin nəticəsində terror təşkilatı PKK-nın daha 4 hədəfi vurulub.
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, bununla yanaşı, quruda keçirilən əməliyyat zamanı bir neçə əsgər ağır yaralanıb.
Yaralı əsgərlərdən biri hərbi qospitalda şəhid olub. Türkiyə Silahlı qüvvələri tərəfindən verilən açıqlamada bölgədə gedən əməliyyatların davam edəcəyi bildirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=65604