Zvonimir Boban FİFA baş katibinin müavini təyin edilib

31.05.2016 - 12:16
bobanXorvatiya milli komandasının keçmiş yarımmüdafiəçisi Zvonimir Boban Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) baş katibinin müavini təyin edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, Z.Boban FIFA-nın yeni administrasiyasının futbol sahəsinə məsul olacaq. O, diqqətini bu oyunun inkişafına və müsabiqələrin təşkilinə yönəldəcək.
47 yaşlı xorvat daha əvvəl FİFA prezidenti Canni İnfantinonun müşaviri vəzifəsində çalışıb.
FİFA-nın baş katibinin daha bir müavini isə Marko Villiger təyin edilib. O, kommersiya və inzibati əməliyyatlar üzrə məsuliyyət daşıyacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=65606

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728