NATO Rusiyanın aqressiyasına qarşı hərbi xərcləri artırır

31.05.2016 - 12:36

nato-rusiya-300x241Avropa ölkələri son 10 ildə rus aqressiyasına qarşı olaraq hərbi büdcələrini artırmağı planlaşdırır.

Bu barədə İngiltərənin “Financial Times” qəzetinə müsahibədə NATO baş katibi Yens Stolonberq məlumat verib. “Müttəfiq ölkələrdən gələn mənbələrə əsaslanan proqnozlar onu göstərir ki, Avropa İttifaqına daxil olan ölkələr öz hərbi xərclərini artıracaq”,- deyə o bildirib.

Baş katibin sözlərinə görə, hərbi blok regionun təhlükəsizliyinə qarşı yüksələn təhdidlər qarşısında qeyri-müəyyən situasiya ilə üzləşib. NATO baş katibi bununla əlaqədar ABŞ-dan sonra ən böyük hərbi büdcəyə malik olan Böyük Britaniyanın Avropa İttifaqında qalmasının vacibliyini vurğulayıb.

Bildirilir ki, keçən il NATO-nun Avropa İttifaqından olan ölkələrin hərbi xərcləri 243 mlrd dollar, ABŞ-ın isə 618 mlrd dollar təşkil edib. Alyans müttəfiq dövlətlərə hərbi xərcləri ÜDM-in 2 faizinə qədər artırmağı təklif edir. Hazırda Avropa İttifaqında hərbi xərclər həmin ölkəlrin ÜDM-in 1,43 faizi qədərdir.(Musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=65614

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728