Bu separatçı regionlar Rusiyaya qoşulacaq – TƏHDİD

31.05.2016 - 15:11

ukrain“Ukrayna regionları tezliklə Rusiyaya qoşula bilər”.

 

Publika.az xəbər verir ki, bunu “Lenta.ru” saytına müsahibəsində Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “Xalq Şurası”nın sədri Denis Puşilin deyib.

 

“Mən əminəm ki, Ukraynanın regionları yaxın gələcəkdə təhlükəsizlik və insanların əmin-amanlığının azğın millətçi ideyalarından daha əhəmiyyətli olduğunu fikirləşəcək. Düşünürəm ki, ilk növbədə belə məsələlər Zaporojye və Xarkovda qoyulacaq”, – Puşilin bildirib.

 

Onun sözlərinə görə, Kiyev Minsk razılaşmalarını yerinə yetirmədiyi müddətdə, belə variant daha real görünür.

 

Qeyd edək ki, daha əvvəl Ukraynanın işğal edilmiş ərazilərin məsələləri üzrə nazir müavini Georgi Tuk  Moskvanın Donetsk və Luqansk “xalq respublikaları”nın müstəqilliyinin tanınması planını hazırladığını bildirib.

 

“Rusiyalılarda ssenari var. “DXR” və “LXR” tanınması haqqında xahişlə Rusiya Dövlət Dumasına müraciət edəcək, Dövlət Duması “respublikalar”ın müstəqilliyini tanıyacaq və onlarla hərbi köməyin göstərilməsi haqqında müqavilə imzalanacaq”, – Tuk deyib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=65647

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728