Türkiyə baş naziri Almaniyaya səsləndi: ”Münasibətləri zədələyəcək addım atmayın”

01.06.2016 - 13:40

bineli-yildirimTürkiyə Respublikası baş naziri Binəli Yıldırım ilk rəsmi səfərini həyata keçirdiyi Şimali Kpr Türk Respublikasına gedərkən media mənsublarına müsahibə verib.

Baş nazir Binəli Yıldırım sabah erməni soyqırımının tanınması ilə bağlı Almaniya Federativ Respublikasının Bundestaqında keçiriləcək səsvermə ilə bağlı fikirlərini bölüşüb.

Baş nazir bu səsverməni boş və mənasız adlandırıb və Türkiyə əleyhinə çıxacaq hər hansı qərarı tanımayacaqlarını bildirib.

Binəli Yıldırım bununla bağlı prezident Tayyip Ərdoğanın Almaniya kansleri Angela Merkeli telefonla aradığını və ona xəbərdarlıq etdiyini söyləyib. Türkiyə baş naziri Almaniyada yaşayan 3,5 milyonluq türk seçiciləri narahat edəcək addım atmayacağına inandığını bildirib.

Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=65752

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728