Ermənilər İrana vizasız gedə biləcək – Parlamentdə müzakirə
Ermənistan və İran arasında viza rejiminin ləğv edilməsi barədə saziş imzalana bilər.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sözügedən sənədin layihəsi Ermənistan parlamentinin iyunun 2-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən, Ermənistan və İran vətəndaşları viza olmadan digər ölkənin ərazisində 180 günlük dövr ərzində 90 günə qədər qala bilərlər. Ölkədə qalmaq müddətinin artırılması hər ölkənin səlahiyyətli orqanlarının ixtiyarındadır.
Belə bir saziş 2 ölkə arasında münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı səmərəli iqtisadi, ticarət və digər əlaqələrin möhkəmləndirilməsinə yönəlib.
Short URL: http://www.cumhuriyyet.net/?p=65757