Rusiya Ərdoğandan üzrxahlıq gözləyir
Rusiya Türkiyə rəhbərliyindən üzrxahlıq, izahat, vurulmuş təyyarəyə və onun pilotunun ölümünə görə kompensasiyanın ödənilməsini gözləyir.
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında bildirib ki, o, Moskva ilə əlaqələri normallaşdırmaq istəyir, lakin Moskvanın ondan hansı addımları gözlədiyini bilmir.
“Mən başqa dövlətin prezidentinə məsləhət verə bilmərəm, bu düzgün olmazdı, lakin Rusiya prezidentinin bu məsələ ilə bağlı dəfələrlə söylədiklərini xatırlatmaq istəyirəm”, – Kremlin sözçüsü belə deyib.
O həmçinin əlavə edib ki, indiyə kimi Türkiyə tərəfi bu istiqamətdə heç bir addım atmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=65778