Serj Sarkisyan: “Avropa Birliyi Ərdoğana inanmamalıdır”

01.06.2016 - 15:33

sarkisyan“Avropa Birliyi qaçqınlar məsələsində Türkiyə prezidenti Tayyip Ərdoğana kor-koranə inanmaq yerinə özü bu problemin həllinə çalışmalıdır”.

Bu sözləri Ermənistan prezidenti Serk Ssarkisyan Almaniyann “Bild” qəzetinə verdiyi müsahibədə söyləyib.

Ermənistan prezidenti “İstənilən halda Türkiyə kimi kimi ölkə ilə imzalanan anlaşmanın kövrək təməllər üzərində qurulduğunu və bunun uzun perspektivdə reallaşmasının çətin olduğunu” bildirib.

“Tamamilə aydındır ki, Avropa Birliyinin Türkiyə ilə əldə etdiyi bu razılaşmanın pozulması ethtimalının “erməni genosidi”nin (qondarma-red.) tanınması barədə qtənamənin qəbulu ilə heç bir əlaqəsi yoxdur” deyə o əlavə edib.

“Avropa Birliyi Türkiyə Prezidentinə inanmalıdırmı” sualına Sarkisyan yalnız öz təcrübəsindən cavab verə biləcəyini söyləyib.

“Şəxsən mən Ərdoğana inanmıram”,- deyə o bildirib.

Sarkisyanın fikrincə məhz Ərdoğan Türkiyə və Ermənistan arasında 2009-cu ildə imzalanan Sürix protokollarının parlamentdə ratifikasiyasını əngəlləyib.

Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=65782

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728