Devid Kemeron: “Azərbaycanın nefti və qazı Avropa üçün həyati əhəmiyyətə malikdir”

01.06.2016 - 16:15

devid-kamerunAzərbaycan və Böyük Britaniya möhkəm ikitərəfli əlaqələri inkişaf etdirməyə davam etdirəcəklər. Bu barədə Böyük Britaniyanın Baş naziri Devid Kemeronun 23-cü Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil & Gas 2016 sərgisinin və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji – Caspian Power 2016 konfransının iştirakçılarına göndərdiyi məktubda deyilir.

Sərginin açılışında oxunan məktubda deyilir: “Zati-aliləri Prezident İlham Əliyev və Azərbaycan xalqını bu cəlbedici sərgi və konfransın keçirilməsi münasibətilə təbrik etmək istəyirəm”.

Məktubda iki ölkənin möhkəm ikitərəfli əlaqələri inkişaf etdirməyə davam edəcəklərinə dair ümid ifadə olunur: “Olduqca şadam ki, Britaniya şirkətləri Azərbaycanın karbohidrogen sektorunun inkişafında vacib rol oynayırlar”.

Məktubda qeyd olunur ki, Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində həyati önəmli rol oynayırlar: “Cənub Qaz Dəhlizi” Avropa bazarlarına enerji resurslarının tədarüklərinin şaxələndirilməsində vacib rol oynayırlar. Böyük Britaniya “Cənub Qaz Dəhlizi” və Transadriatik boru kəməri layihəsinin inkişafında Azərbaycanın rolunu alqışlayır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=65795

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728