10 min türkiyəli Bundestaqı “işğal etdi”

02.06.2016 - 13:07

aksiyaAlmaniyada yaşayan minlərlə türk bu gün Bundestaqda müzakirə olunacaq 1915-ci il hadisələri ilə bağlı qanun layihəsinə etiraz etmək üçün Berlində etiraz aksiyası keçirib.

Axar.az xəbər verir ki, Bundestaqın yaxınlığında yerləşən tarixi Brandenburq qapıları önündə baş tutan aksiyada 10 mindən çox adam iştirak edib.

Aksiya iştirakçıları əllərində Almaniya, Türkiyə və Azərbaycan bayraqları tutaraq “Tarixi tarixçilərin öhdəsinə buraxın”, Buntestaq – Avropa qanunlarına hörmətlə yanaş”, “Soyqırım uydurmadır” kimi şüarlar səsləndiriblər.

Aksiyanın rəhbəri Əli Sönməzoğlu bildirib ki, Türkiyə tarixinə soyqırım yalanı yapışdırıla bilməz.

“Bizim tariximizdə soyqırım olmayıb. Biz bunu aydın şəkildə demək istəyirik”, – Sönməzoğlu alman parlamentarilərini ikili standartlarda ittiham edib.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan, Fələstin, Misir, Suriya cəmiyyətləri də aksiyaya dəstək veriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=65908

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728