Messi məhkəmə qarşısında

02.06.2016 - 16:14

messiİspaniyanın Barselona komandasının argentinalı ulduz futbolçusu Lionel Messi bu gün hakim qarşısına çıxıb. ANS PRESS-in məlumatına görə, Messinin vergidən yayınması ilə bağlı məhkəmə prosesi Barselona məhkəməsində davam edib.

Futbolçunun menecerliyini edən atası Xorxe Horasio məhkəmədə şahid qismində ifadə verib.

Ulduz futbolçunun atasının ittihamı ilə bağlı proses 2013-cü ildən başlayıb.

Lionel Messi - futbolçu

Barselona hakimi Raquel Amado tərəfindən 2013-cü ildə başlanan məhkəmədə Messi və atasının 2007, 2008 və 2009-cu illərdə gəlir vergisi bəyannamələrində 4 milyon avrodan çox qanunsuzluq etdiyi, bu pulu ödəmədiyi halda həbs edilə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Vergidən yayaınmaqda ittiham edilən oyunçunun 22 ay 15 gün müddətinə həbsi istənilib.

Xorxe Messi oğlunun pul məsələləri ilə maraqlanmadığını deyərək bütün məsuliyyəti üzərinə götürüb. O, hadisələrin yanlış anlaşılmadan qaynaqlandığını deyib.

Sadəcə “Barcelona”dan ildə 16 milyon avro qazanan Messinin dünyanın müxtəlif ölkələrində milyonllarla dollarlıq sponsorluq razılaşmaları var.

Messi və atası məhkəmə qarşısında

2013-cü ildə baş tutan məhkəmə prosesi zamanı məhkəmə qarşısına toplaşanların bir qismi argentinalı ulduzu “oğru, qaçaq” adlandırıb, digər qrup isə ona sevgilərini bildirib.

Polis qruplar arasında baş verə biləcək qarşıdurmaları nəzərə alaraq ulduz futbolçunun yanından ayrılmayıb.

2013-cü il: Messinin məhkəmə binasına aparılması

Short URL: http://www.cumhuriyyet.net/?p=65953

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728