Dağlıq Qarabağda öz həmkarını qətlə yetirən erməni hərbçi həbs olunub

06.06.2016 - 10:08

hebs4Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki Ermənistan ordusunun hərbçisi, 1997-ci il təvəllüdlü Xoren Arutyunyanı odlu silahla yaralayan əsgər həbs edilib. Ermənistan KİV xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsi məlumat yayıb.

İnformasiyaya görə, həbs edilən müddətli hərbçi Xaçatryan soyadlı kiçik çavuşdur. O, öz hərbçi həmkarını odlu silahdan açdığı atəş nəticəsində yaralayıb. Bir müddət sonra Arutyunyan ölüb.

Hadisə ilə bağlı “silahla ehtiyatsız davranmanın ölümlə nəticələnməsi” maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üzrə ittiham olunanlara 4 ildən 8 ilədək iş kəsilir. (“Report”)

Short URL: http://www.cumhuriyyet.net/?p=66186

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728