Ərdoğan Almaniyanı namibiyalıların soyqırımında günahlandırdı

06.06.2016 - 10:53

erdoqan2Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci ildə törədildiyi iddia olunan qondarma “erməni soyqırımı”nın tanınmasına görə, yenidən Almaniyanın ünvanına tənqid atəşi ilə çıxış edib.

“Daily Sabah” xəbər verir ki, Səbahəttin Zaim adına universitetdə çıxış edən Türkiyə prezidenti Almaniyaya səslənib:

“Ey Almaniya! Bir daha təkrar edirəm — siz 100 mindən çox namibiyalının qırğını barədə hesabat verməlisiniz”.

Ərdoğan, həmçinin yenidən Holokostu xatırladaraq əlavə edib ki, AFR ermənilərin “soyqırımı” haqqında danışa biləcək sonuncu dövlətdir.

“Bizim tariximiz kütləvi qırğınlar tarixi deyil, bizim tariximiz şəfqət və mərhəmət tarixidir və biz Almaniyadan bununla fərqlənirik”, — deyə dövlət başçısı bildirib.

Namibiya soyqırımı – 1904-1907-ci illərdə Kayzer Almaniyasının müstəmləkə qoşunları tərəfindən Almaniya Cənub-Qərbi Afrikasında xalq üsyanının amansızcasına yatırılması zamanı Herero (Bantu) və Nama (Qottentotlar) tayfaları əhalisinin 80 faizə qədərinin məhv edilməsidir. Almaniya 2004-cü ildə Namibiyada törədilənləri soyqırımı kimi tanıyıb. (“Report”)

Short URL: http://www.cumhuriyyet.net/?p=66198

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728