Rusiya donanmasını Xəzərə topladı

06.06.2016 - 12:52

r-donanmaDağıstanda Xəzər donanmasının dəniz piyadaları təlimlər başlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirib.

Məlumata görə, təlimlərdə Xəzər donanmasının ayrı-ayrı batalyonların dəniz piyadaları kompleks şəkildə iştirak edir.

Təlimdə təxminən 50 dəniz piyadası, 15 ədəd “Nona” özüyeriyən artilleriya qurğusu iştirak edir. Təlimdə sahələr üzrə müxtəlif normativ məşqlər keçiriləcək. Birinci mərhələdə batareyalar rayonlara yüksək döyüş hazırlıqlı yürüş edəcəklər. Daha sonra atəş mövqeyi tutacaqlar. Sonda isə fərdi normativlərin məşqi başlayacaq.

Fərdi məşğələlər zamanı şəxsi heyəti özüyeriyən artilleriyaları atəş açmağa hazırlaşacaq. Təlimlərdə kəşfiyyatın təşkili də öyrədiləcək.

Mayın 1-də Rusiyanın Xəzər donanmasının gəmiləri Xəzər dənizində təlim keçirib.

“Volqodonsk” kiçik artilleriya gəmisi və Xəzər dəniz donanmasının əlavə dəstək gəmilərinin heyəti onlara verilən vəzifələri yerinə yetirmək üçün Mahaçqala limanından Xəzər Dənizinə çıxıblar. Onlar burada Rusiyanın təhlükəzsizliyini təmin etmək üçün təlimlər keçiblər.

Gəmilər, həmçinin, “Dəniz kuboku” müsabiqəsinə hazırlıq çərçivəsində məşqlər də həyata keçiriblər. Gəmilərin ekipajları ümumilikdə Xəzərdə 1,5 min mil üzüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=66221

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728