Şok: Qazax Azadlıq Ordusu Nazarbayevə savaş elan etdi
“Qazaxıstan Azadlıq Ordusu” təşkilatı Qazaxıstanın Aktobe şəhərində baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürüb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq” radiosu yayıb. Təşkilat müraciətində Aktobeyə hücumun Nazarbayev hakimiyyətinə qarşı atılan ilk addım olduğunu bildirib. Hələlik bu təşkilatın nə zaman və necə yarandığı haqqında heç bir məlumat verilmir.
Qeyd edək ki, dünən Aktobe şəhərindəki bir neçə mağaza və hərbi hissəyə hücum olub. Son məlumata görə, hücum nəticəsində 17 nəfər həlak olub. Bunlardan üçü mülki vətəndaş, üçü hərbçi və 11-i terrorçudur.
Short URL: http://www.cumhuriyyet.net/?p=66257