İŞİD Manbıcdan qaçır

06.06.2016 - 15:48

isisİŞİD Türkiyə hüdudlarının 18 kilometrliyində yerləşən Manbic qəsəbəsindən qaçmağa başlayıb.

Musavat.com-un türk mediasına istinadən verdiyi məlumata əsasən, hərbi əməliyyatların nəticəsində Manbic-Cerablus yolu da tutulub.

ƏMəliyyat zamanı Süleyman şah (Osmanlı dövlətinin qurucusu Osman bəyin babası) türbəsinin olduğu və Kobani döyüşləri sırasında bombalanan Qaraqozaq körpüsünün görüntüləri yayımlıanıb.

2014-cü ildən bəri İŞİD tərəfindən tutulan Manbıcı azad etmək üçün başladılan əməliyyatlarda Manbic hərbi məclisi (Şems er Sami batalyonu və Siwar Mınbıç döyüşçüləri), Fərat briqadaları birliyi və Manbıc türkmənləri birliyinin əsgərləri cəlb olunur.

Əməliyyata ABŞ ordusu havadan dəstək verir.

Dünən Fərat çayının 10 km qərbində strateji Til um-Sərrac təpəsini aldıqdan sonra Manbic-Rakka yolunu ələ keçirən “Manbıc hərbi məclisi”nin əsgərləri həmin təpədə axtarış işləri aparıblar.

Məlumatda İŞİD-in qaçırılan qadınları Til um-Sərrac təpəsində xüsusi yerlərdə saxladığı və burada onlara işgəncə verərək satışa çıxardığı da bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=66259

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728