Prezident əfv fərmanını ləğv etdi

07.06.2016 - 10:59

dustaqMakedoniya prezidenti Gjorge İvanov səsdinləmə qalmaqalında adı çəkilən rəsmilərin əfv olunmasıyla bağlı qərarını ləğv edib.


Reportyor.tv-nin məlumatına görə, bunu ölkə müxalifəti, Avropa Birliyi və Birləşmiş Ştatlar tələb edirdi.
Ötən il Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya görə, Makedoniyanın siyasi partiyaları erkən seçki keçirilməsinə razılaşıblar. Həm də razılığa gəlinmişdi ki, keçmiş baş nazir Nikola Gruevski və yaxın müttəfiqlərinin 20 mindən çox insanın dinlənilməsinə icazə verilməsinə dair iddialar araşdırılsın.
Ancaq İvanov apreldə həmin qalmaqalda adı hallandırılan 56 rəsmini əfv etdi. Bu da ölkə boyunca etirazlara səbəb oldu, sonucda iyunun 5-nə təyin olunmuş seçki ertələndi.
Makedoniya parlamentinin ötən ay qəbul etdiyi qanunvericilik İvanovun 22 siyasətçinin əfv fərmanının ləğvinə imkan verdi. İyunun 6-da isə qalan 34 nəfərin əfv fərmanı ləğv olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=66365

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728