Klinton prezidentliyə namizədliyini təmin etdi

07.06.2016 - 11:08

klinton2Hillary Klinton ABŞ prezidenti seçkilərinə qatılmaq üçün lazımi sayda seçki nümayəndəsinin dəstəyini qazana bilib.

Associated Press agentlyinin məlumatına görə, keçmiş dövlət katibi 2383 seçki nümayəndəsinin səslərini təmin edib. Puerto Rikoda ötən cümə axşamı keçirilmiş praymeri seçkisindək Clinton-u 2323 seçki nümayəndəsi dəstəkləyirdi.

Agentliyin hesablamalarına görə Clinton-un rəqibi Bernie Sanders-i 1569 seçki nümayəndəsi dəstəkləyir.
Beləliklə, potensial baxımdan Hillary Clinton qarşıdan gələn bütün praymeriləri uduzsa belə, Demokrat Partiyasından prezidentliyə namizədliyini təmin edib.

Çərşənbə axçamı demokratların daha 6 ştatda prayemeri səsvermələri olacaq. Bundan bir həftə sonra isə namizədlərə Vaşinqton səs verəcək.

Respublikaçılar Partiyasından prezident namizədliyinə yol açacaq qədər nümayəndə səsini Donald Trump toplayıb.

Fox News telekanalının apardığı son rəy sorğusuna görə Trump ağ seçicilər arasında populyarlıqda Clinton-u 24 xal geridə qoyur.

Lakin Hilalry Clinton-un qaradərili seçicilər arasında populyarlığı 83, ispandillilər arasında 39 faizdir.
Reuters agentlyinin həftəsonu yaydığı məlumata görə ümumölkə miqyasında Clinton Trump-dan əhəmiyyətli şəkildə irəlidədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=66369

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728