Dünyanın yalnız 10 ölkəsində münaqişə olmayıb

08.06.2016 - 12:26

dunyaQlobal sülhsevərlilik indeksinin 2016-cı il buraxılışında verilən məlumata görə, dünyada cəmi 10 ölkə hər hansı münaqişədən azad hesab edilə bilər.

Virtualaz.org Britaniyanın “İndependent” nəşrinə istinadən xəbər verir ki, bu gün həm daxili, həm də xarici münaqişələrdən tamamilə azad olan ölkələr aşağıdakılardır: Botsvana, Çili, Kosta-Rika, Yaponiya, Mavriki, Panama, Qətər, İsveçrə, Uruqvay və Vyetnam.

Mənbəyə görə, son 1 il ərzində 80 ölkədə münaqişələrlə bağlı vəziyyət yaxşılaşsa da, 79 ölkədə pisləşməyə doğru dəyişib. Təxminən 40 ölkədə siyasi tarazlıq pozulub. Braziliya münaqişələrdən azad ölkələrin siyahısından çıxıb.

Hesabata əsasən, dünyada ən sülhsevər ölkə İslandiyadır. Onun ardınca siyahıda Danimarka, Avstriya, Yeni Zelandiya və Portuqaliya gəlir. Sülhlə bağlı ən pis vəziyyət isə Suriyadadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=66520

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728