Yaşaması üçin dərisini soyurlar – FOTOLAR

08.06.2016 - 14:12

df5 yaşlı Evans Faskinonun yaşaması üçün dərisi gündə 2 dəfə soyulur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 5 yaşlı Evans Faskino harlequin tipi iktiyozis xəstəliyindən əziyyət çəkir. Evansın dərisi normalda olduğundan 10 qat sürətlə böyüyür, anası onu çimizdirdiyi zaman tökülən dəri qalıqlarını toplamalı olur. Vannadan çıxdıqdan sonra Evansın dərisinin qurumasının qarşısını almaq üçün nəmləndirici kremlər çəkilir.

Anası oğlunun sağlamlığı üçün əlindən gələni edir. Daimi infeksiya təhlükəsi altında olan Evansın ailəsi gündə 2 dəfə onun dərisindəki pulcuqları soymağa məcburdur. Əks təqdirdə, pulcuqlar daha da qalınlaşır və onu soymaq mümkünsüz hala gəlir. Həmçinin dərinin gündə 5 dəfə yağ və ya kremlər ilə nəmləndirilməsi mütləqdir.

Məlumat üçün bildirək ki, dərinin hədsiz keratinləşməsi nəticəsində bədənin hər tərəfinin pulcuqlarla örtülməsinə harlequin tipi iktiyozis deyilir. Bu, çox nadir rast gəlinən və səbəbi məlum olmayan genetik xəstəlikdir. Xəstənin valideynlərinin də daşıyıcısı olduğu harlequin tipi iktiyozis xəstəliyindən dəri normalda olduğundan çox daha sürətli inkişaf edir. Bu ölümcül xəstəlik adətən yeni doğulan körpələrdə rast gəlinir. Ancaq həyatda qalan körpələr ömrünün sonuna qədər yaşaya bilməsi yaxşı müalicə almalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=66549

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728