İranın dəhşət saçan “Şaher” silahı – İŞİD belə məhv edilir (Video)

08.06.2016 - 14:32

saherİraqda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə İŞİD terrorçuları arasında baş verən döyüşün görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, qarşıdurmada İran istehsalı olan “Şaher” snayperlərinin effektliliyi diqqət çəkib.

Görüntülərdə snayperin divarın arxasındakı düşməni dəqiqliklə məhv etdiyi, onu göyə atdığı əks olunub.

Qeyd edək ki, “Şaher” zirehli texnika və vertolyotlarda istifadə olunan unikal snayper növüdür.

Çapı 14.5 mm olan snayper 4 kilometr məsafədən hədəfi məhv etmə qabiliyyətinə malikdir. Silahın çəkisi 22 kiloqram, uzunluğu 1,85 metrdir.

Silah 2012-ci ildə İran Silahlı Qüvvələrinin invertarına daxil edilib. 2014-cü ildə isə yenilənmiş versiyası təqdim olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=66553

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728