Peyğəmbərin dövründə Məkkə və ətrafı – Foto

08.06.2016 - 17:46

mekkeSəudiyyə Ərəbistanının Məkkə şəhərindəki Hira Maket Mərkəzində Kəbənin və ətrafının Məhəmməd peyğəmbərin (s.a.s) dövründə olduğu maketi hazırlanıb.

Avropa.info xəbər verir ki, təxminən miladi 610-cu ili əks etdirən maketdə Kəbə və onun ətrafındakı evlər göstərilib.

Maketin mərkəzində Kəbənin maketi durur. Yanında isə zəmzəm quyusu yerləşir.

Kəbənin yaxınlığında Məhəmməd peyğəmbərin (s.ə.s) dünyaya gəldiyi ev, onun bir az arxasında isə evləndikdən sonra Həzrəti Xədicə ilə birlikdə yaşadığı ev dayanır.

Kəbənin digər tərəfində isə İslam xəlifələri Əbubəkr və Ömərin evləri, Safə və Mərvə təpələri, Dərul-Ərqam, Darun-Nədva göstərilib.

Hira Maket Mərkəzində bundan başqa Peyğəmbərin (s.a.s) qaldığı evin təxmini maketi də sərgilənir.

Short URL: http://www.cumhuriyyet.net/?p=66585

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728