Prezidentin qızı qəzada öldü? – Şok xəbər yayıldı

09.06.2016 - 12:15

qeza2Rusiya prezidenti Vladimir Putinin qızı Mariya Putinanın öldüyünə dair məlumatlar KİV-lərdə əks-səda yaradıb.
Reportyor.tv Anspress-ə istinadən xəbər verir ki, Rusiya mediasının xəbərinə görə Mariya Putina Hollandiyanın Rotterdam şəhərində avtomobil qəzası zamanı dünyasını dəyişib. Hadisə zamanı Putinanın həyat yoldaşı da ölüb. Mariya Putinanın həyat yoldaşı Yorrit Faassen Niderlandlıdır.
Məlumata görə, cütlük “Audi” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olub. Bu zaman qarşıdan gələn “Man” markalı yük avtomobilinə çırpılıb. Zərbədən sonra “Audi” parçalanıb, maşında olan sərnişinlər yerindəcə həlak olublar. Şahidlərin dediyinə görə, maşın saatda 160 kilometr sürətlə hərəkət edib. “Man”ın sürücüsü yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qəza zamanı “Audi”nin sükanı arxasında Mariyanın həyat yoldaşı – Yorritin olduğu deyilib.
Bəzi mənbələr isə bunun qəsdən KİV-lərə sızdırılmış yalan məlumat olduğunu deyib. Onların bildirdiyinə görə, fakt hələ ki, rəsmi təsdiq olunmayıb. Yalnız qəzanın baş verdiyi və bu zaman iki nəfərin öldüyü yerliyində qalır. Yerli hüquq-mühafizə orqanları minik maşınında olan cütlüyün şəxsiyyətin açıqlamayıb. Faktla əlaqədar araşdırmalar davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=66643

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31