Türkiyə baş naziri: ”PKK bizə görüşmək istədiyini bildirib”

09.06.2016 - 13:15

bineliTürkiyənin baş naziri Binali Yıldıırm sədri olduğu Ədalət və İnfişaf Partiyasının (AKP) baş qərargahında iftar yeməyi zamanı millət vəkillərinə səslənib.

Musavat.com Türkiyə mediasına istinaədn xəbər verir ki, baş nazir çıxışında terror təşkilatından “görüşə bilərik, silahları buraxmaq olar, danışaq” kimi birbaşa və ya bilavasitə xəbərlərin gəldiyini bildirib.

Baş nazir Binali Yıldırım terror təşkilatının qollarından da bu ismarıclaırn onlara çatdırıldığını söyləyib.

“Danışacaq heç bir şey yoxdur” deyə söyləyən baş nazir əlavə edib: “Danışacaq tək şey bayrağımızdır. O bayrağın rəngi şəhidlərimizin qanı, hilalı (aypara-red.) müstəqilliyimizin simvolu, ulduzu şəhidlərimizin göy üzündə parlayan ulduzudur. Bunlarla bağlı danışcaqsaq, danışaq. Yoxsa məmləkəti, milləti terrorla, qorxu ilə sarsıdacağınızı düşünərsəniz, bacara bilməyəcəksiniz”.

Binali Yıldırımın PKK terror təşkilatına daxildə və xaricdə dəstək verən güclərin olduğunu, günü gəlincə türk millətinin həmin güclərdən hesab soracağını da söyləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=66661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31