Azərbaycanlı qadın Rusiyada deputatlığa namizəd oldu – TARİXDƏ İLK

09.06.2016 - 15:43

seadet-qarayevaRusiyanın Krasnoyarsk şəhərində yaşayan soydaşımız, diaspora üzvü Səadət Qarayeva deputatlığa namizədliyini irəli sürüb.

Ölkə.az xəbər verir ki, Səadət Qarayeva Qadın Dialoqu Ümumrusiya Siyasi Partiyasından Krasnoyarsk diyar qanunverici orqanına seçkilərdə namizədliyini irəli sürüb.

Xatırladaq ki, S.Qarayeva Rusiyadakı Azərbaycan diasporu üzvləri arasında ilk qadın deputatlığa namizəddir. Əgər o, seçkilərdə qalib gələrsə, Azərbaycan diasporu tarixində ilk qadın millət vəkili olacaq.

Qeyd edək ki, Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini, “Odlar yurdu” rəqs ansamblının bədii rəhbəri olan S.Qarayeva ixtisasca hüquqşünasdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=66687

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31