İbrahim Tatlısəs: ”Albom çıxara bilməsəm, bığlarımı kəsərəm!”

10.06.2016 - 10:35

iboTürkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs “bir daha oxuya bilməyəcək” şayiələrinə çox iddialı bir cavab verib: “Əgər albom çıxara bilməsəm, bığlarımı kəsərəm!”

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, məşhur müğənni onu iflic hesab edənlərə də cavab verib:

“Bu gün hava limanında biri gəlib qoluma girdi. “Səni iflic bilirdim” dedi. Mən, iflic deyiləm. Qaçıram, uşaqlarımla zarafatlaşıram. Məni görüncə qoluma girməyin. Bu yaxınlarda bomba kimi gəlirəm”.

Xatırladaq ki, Türkiyənin musiqi aləminin imperatoru hesab edilən İbrahim Tatlısəs 2011-ci il martın 14-də, gecə saat 00:14-də Bəyaz TV-nin yerləşdiyi binanın həyətində silahlı hücuma məruz qalmışdı. Möcüzəvi bir şəkildə həyatda qalan müğənni dəfələrlə ABŞ-da və Almaniyada cərrahi əməliyyat keçirib. Bu günlərdə isə müğənninin səsinin batdığı və bir daha oxuya bilməyəcəyi haqda şayiələr yayılmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=66726

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31