Bu qadını görənlər gözlərinə inana bilmir – FOTOLAR

10.06.2016 - 14:09
qizABŞ-ın Oregon ştatında yaşayan Roz Qal adlı qadını görənlər gözlərinə inana bilmirlər.
Publika.az xəbər verir ki, hazırda 39 yaşında olan Roz Qal 13 yaşından bəri tüklənmədən əziyyət çəkir. Qal düz 20 il sinəsinə və üzünə çıxan tüklərlə mübarizə apardıqdan sonra bu həyatdan bezdiyinə qərar verib. Həmin gündən etibarən də saqqal saxlamağa başlayıb.
8 aydır ki, saqqal saxlayan Roz Qal indi özünü daha seksual hesab etdiyini deyir: “Artıq saqqallarımdan utanmıram. Onlar özümə olan inamımı artırır. İndi özümü daha gözəl və seksual hesab edirəm”.
Roz əvvəllər bu vəziyyəti anasından belə gizlədiyini deyib: “Bir dəfə təraş olanda anama yaxalandım. Həkimə getdik. Ancaq bu xəstəliyin müalicəsinin olmadığını öyrəndik. Həmin dövrdə ailəm və dostlarım mənə dəstək oldular. Saqqal saxlamağa başladıqdan sonra bir çox insan məni belə cəsarətli olduğum üçün təbrik etdi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=66784

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31