İŞİD liderinin yaralanması haqda növbəti xəbər yayıldı

10.06.2016 - 14:32

isisİŞİD lideri Əbu Bəkr əl-Bağdadi və terror qruplaşmasının komandirlərindən bir neçəsi İraq-Suriya sərhədində koalisiya qüvvələri tərəfindən endirilən avizərbərlər nəticəsində yaralanıb.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə ərəb mətbuatı məlumat yayıb.

“Al Sumaria” telekanalı bildirib ki, beynəlxalq koalisiya qüvvələri İŞİD-in İraq-Suriya sərhədində yerləşən qərargahına aviazərbələr endirib.

“Əldə edilən məlumatlara görə, qərargahda olan əl-Bağdadi və bəzi İŞİD komandirləri yaralanıb”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, əvvəllər də İŞİD liderinin yaralanması və ölməsi ilə bağlı xəbərlər yayılmış, lakin bu xəbərlər təsdiqini tapmamışdı.

Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi İŞİD-ə 2014-cü ilin iyunundan rəhbərlik edir.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=66788

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31