Ələkbərovun müavininin oğlu azadlıqda – Video

12.06.2016 - 21:14

elekberovAzərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbəri olduğu “Lukoil” şirkətinin vitse-prezidenti Azad Şamsuarovun Moskvada polislə yarışa çıxan oğlu azadlığa buraxılıb.

ANS-in məlumatına görə, xüsusi istintaq təcridxanasında 15 gün saxlandıqdan sonra Ruslan Şamsuarov azadlığa çıxıb. Lakin o, azadlığa çıxsa belə, hakimiyyət nümayəndələrini təhqir etdiyinə görə cinayət işi ilə üzləşə bilər.

Ruslan Şamsuarov ilə yanaşı  “Mersedes Qalendevagen”in sürcüsü Abduvahob Məcidov da azadlığa buraxılıb.

Mayın 26-da içərisində Ruslan Şamsuarovun və onun dostlarının olduğu maşın Rusiya paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. “Mersedes Qalendevagen” polislərlə küçələrdə “ölüm yarışına” çıxıb.

Hadisə barədə məlumat video Yutub kanalına qoyulandan sonra yayılıb. İlk həbs olunan isə 22 yaşlı Abduvahab Məcidov olub. Daha sonra Moskva polisi “Lukoil” şirkətinin vitse-prezidenti Azad Şamsuarovun oğlu Ruslan Şamsuarovu və erməni qızı Mara Baqdasaryanı həbs edib. Moskvanın Qaqarin rayon məhkəməsi avtomobili idarə edən Məcidova 15 gün, Maraya 10 sutka, mayın 28-də isə Ruslana 15 sutka həbs cəzası verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=66831

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31