Türkiyə millisinin futbolçusunun biabırçı görüntüsü yayıldı – VİDEO
Türkiyənin “Avro-2016”da Xorvatiyaya uduzduğu oyunla bağlı maraqlı görüntülər ortaya çıxıb.
İlk dəfə Almaniya kanallarında yayımlanan görüntü türklərin futbolçusu Ozan Tufanla bağlıdır. Məsələ burasındadır ki, 41-ci dəqiqədə Luka Modriç matçın yeganə qolu ilə nəticələnən zərbəni vurarkən Ozan Tufan rəqibə mane olmaq əvəzinə öz saçını düzəldib.
Ozanın bu hərəkəti sosial şəbəkədə türk azarkeşlərin narazılığına səbəb olub. (qol.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=66846