Almanlardan ilk qələbə – İspaniya və İtaliya meydana çıxır
Almaniya millisi Avropa çempionatında ilk oyununu qələbə ilə başlayıb. ANS PRESS-in məlumatına görə, ötən gecə “AVRO-2016″da daha iki oyun keçirilib. C qrupunun ilk oyununda Polşa və Şimali İrlandiya qarşılaşıb.
Qrupun digər görüşündə isə Almaniya Ukrayna ilə münasibətlərinə aydınlıq gətirib. Polşa yığması yeganə qol ilə qalib gəlib.
Almanlar isə gözlənildiyi kimi Ukrayna yığmasını məyus edib. Qarşılaşma Almaniya komandasının 2:0 qələbəsi ilə başa çatıb. Qolları 19-cu dəqiqədə Şkodran Mustafi və ikinci hissəyə əlavə edilmiş artırma dəqiqələrində Bastian Şvaynştayger (90+2 dəq.) vurub.
Almaniya – Ukrayna – 2:0
Qol: Şkodran Mustafi, 19 (1:0), Şvaynştayger, 90+2 (2:0)
Baş hakim: Martin Atkinson
Polşa – Şimali İrlandiya – 1:0
Qol: Arkadiuş Milik, 51
Baş hakim: Ovidiu Hatseqan
Bu gün isə Avropa çempionatında üç oyun oynanılacaq. “D” qrupunda İspaniya və Çexiya yığmaları qarşılaşacaq. “E” qrupunda isə İrlandiya-İsveç komandaları qələbə uğrunda mübarizə aparacaqlar. Belçika-İtaliya matçı saat 23:00-da başlayacaq.
17:00. İspaniya – Çexiya
Baş hakim: Şimon Marçinyak
Komanda | O | Q | H | M | T/F | X |
Xorvatiya | 1 | 1 | 0 | 0 | 1:0 | 3 |
İspaniya | 0 | 0 | 0 | 0 | 0:0 | 0 |
Çexiya | 0 | 0 | 0 | 0 | 0:0 | 0 |
Türkiyə | 1 | 0 | 0 | 1 | 0:1 | 0 |
E qrupu
20:00. İrlandiya – İsveç
Baş hakim: Milorad Maziç
23:00. Belçika – İtaliya
Baş hakim: Mark Klattenburq
Short URL: http://www.cumhuriyyet.net/?p=66899